Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Küləyin aşırdığı maşında ölən müəllimənin FOTOSU – Sürücü qızı imiş

Küləyin aşırdığı maşında ölən müəllimənin FOTOSU – Sürücü qızı imiş

Xəbər verdiyimiz kimi avqustun 5-də Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 5-ci km-də Abbasova Nuranə Məhəmməd qızının idarə etdiyi “Nissan Micra” markalı 99 SH 379 dövlət nömrə nişanlı avtomobil güclü küləkdən idarəetmənin itirib  və aşıb.  Nəticədə avtomobildə xəsarət alan  sərnişin Qadımova Gülqəz Savalan qızı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 1951-ci il təvəllüdlü Gülqəz Qadımova  əslən Füzuli rayon Köçəhmədli kəndindəndir.Mərhum qəza zamanı avtomobili idarə edən xanım sürücünün anasıdır. Onlar Nabrandan istirahətdən qayıdarkən  qəzaya düşüblər. Mərhum Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbində Azərbaycan dili-Ədəbiyyatı müəllimi işləyirmiş.
 


Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …