Cümə axşamı , May 2 2024
Ana səhifə / İdman / Millimizdən biabırçı nəticə – Lixtenşteynə uduzdu

Millimizdən biabırçı nəticə – Lixtenşteynə uduzdu

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “ Sportpark Eşen-Mauren” stadionunda keçirilən görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb. Komandamız 9-cu dəqiqədə buraxılan qolla Avropanın ən zəiflərindən hesab olunan rəqibinə uduzub.

Avropa çempionatı, seçmə mərhələ – 6 iyun 21:00

Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) – 1:0

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Qeyd edək ki, bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Sözügedən komanda əvvəlki 61 rəsmi oyununda nəinki qalibiyyət üzü görməmişdi, heç xal da qazana bilməmişdi.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …