Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Keçmiş deputat da sürət qatarından şikayətləndi: “Təyyarə ilə qayıdacağam, çunki…”

Keçmiş deputat da sürət qatarından şikayətləndi: “Təyyarə ilə qayıdacağam, çunki…”

Bakı-Gəncə sürət qatarında xidmətin keyfiyyəti sərnişinləri narazı salır. 

Milli Məclisin sabiq deputatı Etibar Hüseynov da sürət qatarının xidmətindən narazı qalıb.Cebhe.info xəbər verir ki, bu barədə o özünün facebook səhifəsində yazıb: “Bakı-Gəncə sürət qatarına minmək üçün çoxdandır ki, fürsət gözləyirdim. Bu gün böyük maraq və həvəslə bu qiymətə sərfəli, gözəl, təmiz və səliqəli qatara mindim. Amma…bizdə ammasız olmur axı. Oturmaqla qanımın qaralması bir oldu. WI FI yox idi.

-Niyə, a bala?
-Modem yoxdu.
-Xarab olub, düzəldin də. 
Çiyinlərini çəkir.

Ancaq bununla dais bitmədi. Artıq 2 saata yaxındır ki, salondakı monitorda Az.TV-nin Azərbaycan Dəmir Yollarından bəhs edən 1-2 klipi təkrar-tərkar yayınlanır. Yəqin ki, bu minvalla daha 2,5 saat ərzində yayınlanacaq. Bax, bu isə əslı işgəncədir”. 

Sabiq deputat geri qayıdarkən Bakı-Gəncə qatarının xidmətindən istifadə etməyəcəyini deyib: “Geriyə təyyarə ilə qayıdası olacağam. İki dəfə baha olsa belə…”

Cebhe.info

Həmçinin oxuyun

Yubileyini qeyd edən Firəngiz Mütəllimova: “Şuşaya köçəcəyim günü gözləyirəm”

Bu gün Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. Sənətkarın 65 yaşı tamam olur. Məşhur …