Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyindən alınır (VİDEO)

Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyindən alınır (VİDEO)

Yüzlərlə səhiyyə müəssisəsi nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB publik hüquqi şəxsin sərəncamına veriləcək. Prosesə tam şəkildə gələn il yanvarin 1-dən başlanılacaq. İcbari Tibbi Sığorta Agentliyi yeni təsisatın fəaliyyət xüsusiyyətlərini açıqlayıb. Səhiyyə Nazirliyinin tabeliyində qalacaq müəssisələr də artıq bəllidir.

Bir sıra səhiyyə müəssisələrinin TƏBİB publik hüquqi şəxsə verilməsindən sonra Səhiyyə Nazirliyinin tabeliyində hansı müəssisələrin qalacağı bəlli olub.
İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Vüqar Qurbanov bildirib ki, səhiyyə müəssisələrinin yeni idarə formasına keçməsi vətəndaşlara göstərilən xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini yüksəldəcək
Vüqar Qurbanov bir çox səlahiyyətlərin TƏBİB publik hüquqi şəxsə keçməsindən sonra Səhiyyə Nazirliyində hansı funksiyaların qaldığına da aydınlıq gətirib.
Qeyd edək ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən yüzlərlə səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”, yəni TƏBİB publik hüquqi şəxsə veriləcək. Yeni publik hüquqi şəxs tam şəkildə fəaliyyətinə 2020-ci il yanvarın 1-dən başlayacaq.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …