Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İçkili vəziyyətdə saxlanılan nazir müavini vəzifədən kənarlaşdırıldı

İçkili vəziyyətdə saxlanılan nazir müavini vəzifədən kənarlaşdırıldı

Polşada ədliyyə nazirinin müavini Monika Zboroevski içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir müavininin «Toyota Yaris» markalı avtomobili idarəetmə şəkli ətrafdakıların diqqətini cəlb edib və dərhal polisə müraciət olunub.

Polis yoxlama zamanı xanım Zboroevskinin spirtli içkidən istifadə etdiyini müəyyənləşdirib. Nazir müavininin polislə kobud davrandığı və polisin onun əlinə qandal keçirməyə məcbur olduğu bildirilir.

Hadisədən dərhal sonra Polşa baş naziri Monika Zboroevskinin işdən azad edilməsi barədə göstəriş verib. Nazir müavini məlum insidentə görə 2 il həbs cəzasına da məhkum oluna bilər.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın