Ana səhifə / Kriminal / Biləsuvarda məktəbli qız dəm qazından dünyasını dəyişdi

Biləsuvarda məktəbli qız dəm qazından dünyasını dəyişdi

Şəkil əlavə olunub

**12:55

Ötən  gün axşam saatlarında Biləsuvar rayonunun Xırmandalı kəndində dəm qazından boğulma hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 11-ci sinif şagirdi olan Elxanə Elxan qızı Hüseynzadə kənddə yaşayan babası İntiqam Məmiyevə məxsus evin hamamında dəm qazından boğularaq dünyasını dəyişib.

Elxanə Hüseynzadənin valideynləri Bakı şəhərində yaşasalar da, o, iki il imiş ki, kənddə yaşayan ana babasıgilə köçərək orada orta təhsil alırmış. Müəllimlərinin bildirdiyinə görə, Elxanə məktəbin əlaçı şagirdlərindən imiş.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …