Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Dövlət sifarişli yerlərin sayı 65 faiz artırılır

Dövlət sifarişli yerlərin sayı 65 faiz artırılır

Ötən illə müqayisədə dövlət sifarişli yerlər növbəti tədris ili üçün 12324-dən 20500-ə kimi artırılıb. 

Bu barədə təhsil naziri Ceyhun Bayramov “Günün nəbzi” verilişində deyib. Nazir bildirib ki, 2019-2020-ci tədbir ili üçün dövlət sifarişli yerlərlə bağlı sənəd müvafiq olaraq Nazirlər Kabinetində təsdiq olunma mərhələsindədir.“Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək. Yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib. 2018-2019-cu təqvim ili üçün bu rəqəm 30 %-in altında idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Bu, dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanlarının verilməsi və genişlənməsidir”, – deyə nazir vurğulayıb.

Həmçinin oxuyun

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir …