Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub.
Azinforum.az Strateq.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.
İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə gətirilib.
Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: “Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.
Xatırladaq ki, KTN-dəki bu dəyişikliklərə bağlı ilk xəbəri Mia.az yayıb.
Həmin xəbəri bu linkdən oxuya bilərsiniz – http://mia.az/w695500/…/
Düzdür, həmin xəbərdə Aydəm İsmayılovun rəhbərlik etdiyii şöbənin ləğv edilərək, özünə iş verilmədiyi qeyd olunmuşdu. İndisə nazirliyin yaydığı məlumatdan aydın olur ki, şöbə ləğv olunsa da, nazir Aydəm İsmayılovu işsiz qoymayıb. O, sabiq şöbə müdirinə MMC-də yeni vəzifə verib…
Həmçinin oxuyun
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …