Ana səhifə / Cəmiyyət / EYNULLA FƏTULLAYEV SAXLANILDI

EYNULLA FƏTULLAYEV SAXLANILDI

Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Moskva aeroportunda Rusiya Gömrük Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

E.Fətullayev Moskvaya Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə gedib. Jurnalist ora Olimpiyaçıların I Ümumdünya Forumunu işıqlandırmağa getmişdi. Tədbir prezident Putinin iştirakı ilə oktyabrın 21-22-də keçiriləcək.

E.Fətullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, o, aeroportda təyyarədən enən kimi gözlənilmədən saxlanılıb. Aeroportun gömrük idarəsinin əməkdaşları jurnalisti səylə və hərtərəfli şəkildə yoxlamağa başlayıblar. Yoxlanış bir saatdan çox çəkib. E.Fətullayev kobud rəftara məruz qalıb. Onu hətta alt paltarına qədər yoxlayıblar. Jurnalistin əl baqajı və şəxsi kompüteri də əsassıq olaraq diqqətlə yoxlanıb.

Gömrük idarəsinin əməkdaşları bu yoxlamanı Azərbaycanın Gömrük İttifaqına daxil olmaması ilə izah ediblər.

Moskva aeroportunda faktiki olaraq ciddi özbaşınalıqla üzləşmiş E.Fətullayev Rusiya Prezidenti Administrasiyasına zəng vurub. Lakin bu idarədən heç bir reaksiya verilməyib.

E.Fətullayev etiraz əlaməti olaraq forumun işində iştirak etməkdən imtina etdiyini və ən yaxın reyslə Bakıya qayıtmaq niyyətində olduğunu bildirib.

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …

Bir cavab yazın