Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 23 oktyabr 2015-ci il tarixində Xızı rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Xızı, Sumqayıt və Siyəzən şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Qəbul saat 11:00-da rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi:
(0233)-15-00-48, (018)-65-2-01-71 daxili (24)
Həmçinin oxuyun
ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur
Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …