Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək

Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək

Azərbaycanda standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək mümkün olacaq.

“Report” xəbər verir ki, bununla bağlı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi dəyişikliklər layihəsinə əsasən, standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsinə icazə veriləcək.

Patent xidmətinin özəlləşdirilməsinə qoyulan qadağa isə qüvvədə qalacaq.

Xatırladaq ki, mövcud maddəyə əsasən, patent xidməti ilə yanaşı, standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək də qadağan idi.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın