Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun yanına apardığı sektor müdirinin yerinə təyinat olub.
MİA.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovun müvafiq əmrinə əsasən, Müjkan Məmmədzadə idarənin ümumi sektorunun müdiri vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə çalışıb.
Xəbəri Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Mia.az-a təsdiqləyiblər.