Ana səhifə / Cəmiyyət / Kərbəlada həbs edilən azərbaycanlı gəncin atası danışdı – VİDEO

Kərbəlada həbs edilən azərbaycanlı gəncin atası danışdı – VİDEO

“Mən Fətullayev Hüseynin atasıyam. Oktyabrın 31-i bizə xəbər verdilər ki, oğlunuz itib. Sonradan bizə bildirdilər ki, Hüseyn cinayət törədib. Biz hər gün Hacı Allahverdi ilə əlaqə saxlayırdıq”.

Bu barədə Kərbəlada həbsə düşmüş Hüseyin Fətullayevin atası yaydığı video görüntüdə deyib.

O, bildirib ki, Hüseynin həbsdən çıxarılması üçün “Salam Tur” şirkətinə müraciət ediblər. Şirkət Hüseynin həbsdən azad edilməsi üçün yardım etməyə çalışır: “Hazırda bizdən zəzərçəkmişlər 6700 dollar pul istəyirlər”.

Xatırladaq ki, Masallı şəhərindən “Salam Tur” adlı şirkətlə ziyarətə gedən 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu həbs olnub.

H.Fətullayevin yaxınlarının sözlərinə görə, 2 gündür ki, o, həbsdə saxlanılır: “Orada Hüseynin vəziyyəti yaxşı deyil. Oranın qanunlara görə, həbsxanada yemək də verilmir, yalnız gün ərizində 2 dəfə şərbət verilir. Təbii ki, fiziki cəhətdən bir insanın buna dözmü də çox tab gətirə bilməz. Hal-hazırda ümid edirik ki, zəvvarları ziyarətgaha aparan Salam Tur şirkəti bizə kömək edəcək”.

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …