Ana səhifə / Şou Biznes / Fərqanə Qasımova Bülent Ersoyu heyran qoydu – Video

Fərqanə Qasımova Bülent Ersoyu heyran qoydu – Video

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Türkiyədə səhnəyə çıxıb. “Qafqazinfo” xəbər verir ki, xanəndə ötən gün məşhur müğənni Bülent Ersoyun konsertində iştirak edib. 

Türkiyənin “Diva”sı Qasımovanı səhnəyə dəvət edərək ondan mahnı oxumasını xahiş edib.Zalda əyləşən hər kəs əməkdar artistin ifasını bəyənərək alqışlayıb. Bülent Ersoy da Qasımovanın oxuma tərzinə heyran olaraq səhnəyə çıxdığı üçün ona təşəkkürünü bildirib.

Muğam ifaçısı həmin kadrları instaqram səhifəsində paylaşaraq “Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülent Ersoyla eyni səhnədə olmaq qürurvericidir” –şərhini yazıb.

 

 

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …