Ana səhifə / Sosial / Deputatdan sənədsiz evlərlə bağlı çağırış

Deputatdan sənədsiz evlərlə bağlı çağırış

Deputat Fazil Mustafa Milli Məclisin iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklər barədə çıxışı zamanı sənədsiz evlərlə bağlı problemi qaldırdı. Dedi ki, bələdiyyələr mənzil sahiblərindən əmlak vergisi tələb edirlər: “Mənzilin pulunu ödəmişəmsə, mənə mülkiyyət hüququ olan sənəd verilsin, mən də əmlak vergisi ödəyim. 500 mindən artıq özəlləşdirilməyən evlərlə bağlı da nəhayət, addım atmaq lazımdır. Artıq insanlar yaşayır, onları küçəyə tökə bilməyəcəksiniz ki. Neft kəmərinin üstündə, dəmir yoluna yaxın ərazidə deyilsə, o evlər də özəlləşdirilməlidir. Bunun əvəzində dövlət də əlavə vəsait əldə edə bilər”.

Komitə sədri Arif Rəhimzadə də dedi ki, bu məsələ tez həll olunsa, əlbəttə, bələdiyyələr böyük gəlir əldə edə bilər: “Amma son sözü reyestr deməlidir. Bələdiyyələr əmlakın həcminin nə qədər olduğunu müəyyən edə bilmirlər. Hətta ev sahibləri mənzilərin qapısını açmırlar”.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …