Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / “Zeynəb Xanlarovanın gəlinini tanımıram” – Rəis

“Zeynəb Xanlarovanın gəlinini tanımıram” – Rəis

Bakıda Zeynəb Xanlarovanın gəlininin polis rəisi ilə münaqişəsi ilə bağlı xəbər vermişdik. Məlumatda deyilirdi ki, bölmə rəisi Anar Şıxəliyev içkili vəziyyətdə Z.Xanlarovanın gəlini ilə mübahisə edib və sonra onu polisə gətirib. Lakin Z.Xanlarovanın Ramil Usubova zəngindən sonra məsələ sakitliklə həll olunub.

Münaqişənin əsas iştirakçısı kimi adı hallanan, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev criminal.az-a açıqlamasında bildirdi ki, onun heç kimlə münaqişəsi olmayıb: ”Heç mən Zeynəb Xanlarovanın gəlinini tanımıram. Belə bir hadisə olmayıb, bölməyə heç kim gətirilməyib. Bilmirəm, belə məlumatları kim və haradan uydurur. Bir müddət əvvəl də yazmışdılar ki, Anar Şıxəliyev xidməti avtomobilində “KamAZ”ın altına girib”.

Qeyd edək ki, A.Şıxəliyev ötən il öz avtomobilində bıçaqlanmışdı. O, dostunun “Mercedes Gelandewagen” markalı avtomobili ilə Xutor qəsəbəsində “avtoş”luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan Anar Şıxəliyev yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə çavanlardan biri ona bıçaq xəsarəti yetirib.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın