Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Azərbaycan şahmatçıları Ermənistanı məğlub edib

Azərbaycan şahmatçıları Ermənistanı məğlub edib

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Ermənistan – Azərbaycan – 1,5:2,5

Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0:1

Qabriel Sargissyan – Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan – Arkadi Naydiç – 1:0

Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …