Ana səhifə / Şou Biznes / Azərbaycanda sosial şəbəkələrin trafiki üzrə göstəricilər açıqlanıb

Azərbaycanda sosial şəbəkələrin trafiki üzrə göstəricilər açıqlanıb

Yeni axtarış xidməti olan “StumbleUpon”un Azərbaycanda generasiya trafiki artmağa başlayıb.
Trend-in məlumatına görə, 2015-ci ilin martından etibarən, (p2p və bloqinq sosial şəbəkələrini birləşdirən axtarış xidməti olan “Sumble Upon” trafikinin generasiyasına dair statistik göstəricisi “GlobalStats” statuistik mərkəzinin hesabatına daxil olunub.
Yeni platforma sayılan “StumbleUpon”un payına Azərbaycanda generasiya olunan sosial media trafikinin 0,4 faizi düşüb.
Azərbaycanda “Facebook” sosial şəbəkəsi trafik generasiyasına görə 82,7 faizlə üstünlük qoruyur.
2015-ci ilin birinci rübünün nəticələrinə görə, ölkədə “Facebook”un trafik generasiyası 5,6 faiz aşağı düşüb.
“Twitter” şəbəkəsi üzrə isə Azərbaycanda 33,4 faiz artım müşahidə olunub. Bu sosial şəbəkə Azərbaycanda 7,5 faizlə ikinci yeri tutur. Üçüncü yerdə 2,8 faizlə “Vkontakte” sosial şəbəkəsidir.
Sonrakı yerləri isə 1,8 faizlə “Google+”, 1,6 faizlə “Pinterest”, 1,6 faizlə “Tumblr” və digər şəbəkələr tutur.

Həmçinin oxuyun

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışdı – Fotolar

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. Olay.az …

Bir cavab yazın