Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Bakı-Qazax-Şəmkir yolunda mülki geyimli şəxs “yol polisi” formasında sürücülərdən pul tələb edir

Bakı-Qazax-Şəmkir yolunda mülki geyimli şəxs “yol polisi” formasında sürücülərdən pul tələb edir

Bakı-Qazax-Şəmkir magistral yolunda ağlasığmaz mənzərə yaşanır.
Avropa.info xəbər verir ki, bu yola nəzarət edən 724 saylı stasionar DYP postunun 200 metrliyində mülki şəxs polis formasında sürücüləri saxlayır.
Bu “polis əməkdaşı” sürücülərdən sənədləri tələb edir, yoxlayır və yol hərəkəti qaydalarını “pozduqları” üçün pul tələb edir.
Qəribəsi budur ki, DYP postunun 200 metrliyində yaşanan bu qanunsuzluqdan polis doğurdanmı xəbərsizdir?
Məsələ ilə bağlı DİN və DYP-nin mövqeyini də dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …