Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Ölkə ərazisində zəif toz dumanı gözlənilir

Ölkə ərazisində zəif toz dumanı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında 09 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

ETSN rəsmisi bildirib ki, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …