Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ – QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ

Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ – QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.
Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir. E.Məcidov Azərbaycan Kunq Fu Federasiyasının vitse-prezidentidir.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …