Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Əli Həsənovun nəvəsi Nail Allahverdiyev azadlığa buraxılıb

Əli Həsənovun nəvəsi Nail Allahverdiyev azadlığa buraxılıb

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmənin qərarına əsasən N.Allahverdiyevin cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.

Azinforum.az olaraq qeyd edirik ki, Nail Allahverdiyev Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Ötən il o, iki əfərin həyatına son qoyan ağır avtomobil qəzası törətmişdi.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …