Ana səhifə / Dünya / Bakı ermənisi Azərbaycan şəhərində yeni vəzifəyə gətirildi -FOTOLAR

Bakı ermənisi Azərbaycan şəhərində yeni vəzifəyə gətirildi -FOTOLAR

Bakıda doğulmuş bir erməniyə Azərbaycanın işğal altındakı Xankəndi şəhərində təzə vəzifə verilib.
Bu haqda erməni nəşrləri məlumat yayıb. Moskvanın Dağlıq Qarabağdakı canişini Bako Saakyan “Təbiəti mühafizə və təbii ehtiyatlar naziri” postuna Feliks Qabrielyanı təyin edib.
Araşdırmamızdan məlum oldu ki,  Felik Qabrielyan Mixayloviç 1965-ci ildə Bakıda anadan olub. Sonradan ailəsi ilə birlikdə Xankəndinə köçüb. 1988-ci- ildən başlanan separatçı erməni hərəkatında və Azərbaycanın dinc əhalisinə qarşı amansız hərbi əməliyyatlarda  fəal iştirak edən F. Qabrielyan 1992-ci ildə “Qarabağ özünümüdafiə qüvvələrinin xüsusi təyinatlı dəstəsi”nin komandiri təyin edilib. Daha sonra o, işğalçı və qanunsuz hərbi birləşmələrdə bir sıra vəzifələr tutub. 1999-2011-ci illərdə isə F. Qabrielyan Qarabağın “hərbi komissarı” işləyib. 2011-2013-cü illərdə B.Saakyanın “müşaviri” vəzifəsində olub.
Sultan Laçın

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …