Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Son 2 ildə Azərbaycanda pambıqçılıq üçün 7500 texnika alınıb

Son 2 ildə Azərbaycanda pambıqçılıq üçün 7500 texnika alınıb

Goranboyda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Goranboy icra başçısı Nizaməddin Quliyev qarşıda duran əsas məqsədlərdən birinin innovativ üsulların tətbiqi ilə pambıqçılıq sahəsində daha çox məhsuldarlığa nail olmaq olduğunu bildirib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək son iki ildə pambıqçılıq sahəsində istifadə məqsədilə 5700 ədəd texnika alındığını, müasir avadanlıqlarla təchiz edilən 11 regional aqrokimya laboratoriyasının yaradıldığını söyləyib.

Aqrar Universitetin rektoru İbrahim Cəfərov “Aqrar sahədə kadır hazırlığı, mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxış edərək ali təhsil müəssisəsində infrastrukturun, maddi-texniki bazanın və kadr potensialının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Müşavirə başa çatdıqdan sonra iştirakçılar pambıq tarlasında görülən işlərlə tanış olublar. Burada mütəxəssislər kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verib, fermerlərin suallarını cavablandırıblar.


Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …