Ana səhifə / Media / İTV-yə BAŞ DİREKTOR SEÇİLDİ – Nazirin xalası oğludur

İTV-yə BAŞ DİREKTOR SEÇİLDİ – Nazirin xalası oğludur

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə Balakişi Qasımov seçilib.

“Report”un xəbərinə görə, bununla Milli Televiziya və Radio Şurasında seçki keçirilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var idi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğludur.

B.Qasımov Vergilər Naziri Mikayıl Cabbarovun xalası oğludur.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …