Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Məhkəmə Akif Çovdarova “yox” dedi

Məhkəmə Akif Çovdarova “yox” dedi

Bu gün Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun icraatında olan prosesdə elan edilən qərara əsasən, MTN-çilərin şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …