Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Evakuator sürücüsü qaydaları belə pozur (VİDEO)

Evakuator sürücüsü qaydaları belə pozur (VİDEO)

Şəmkirdə evakuator sürücüsü qaydanı kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradıb.
Qayda pozuntusunu Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində arxada hərəkətdə olan avtomobilin sürücüsü qeydə alaraq “Xəzər Xəbər”in votsap nömrəsinə göndərib.
Görüntülərdən də aydın olur ki, həmin nəqliyyat vasitəsinin sürücüsü evakuatorun yük yerinə istismara yararsız avtobusu qoyaraq daşıyır. Məsələ burasındadır ki, daşınan yük avtomobilin bort hissəsindən nəzərdə tutulan ölçüdən kənara çıxıb.
Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sürücü belə vəziyyətdə “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsini, yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub.
Nəticədə də həmin yolda olan nəqliyyat vasitələrinin sürücüləri üçün təhlükəli vəziyyət yaranıb.
“Yol hərəkəti haqqında” qanuna görə, belə sürücünü yol polisi 40 manat miqdarında cərimə edə bilər.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …