Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / 4 təşkilat seçkilərdə exit-poll keçirmək istəyir

4 təşkilat seçkilərdə exit-poll keçirmək istəyir

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün təşkilat MSK-ya sənədlərini təqdim edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, müraciətlərlə bağlı MSK qərar qəbul edəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən “exit-poll” keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …