Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda 844 yerlik yataqxana kompleksi tikilir

Bakıda 844 yerlik yataqxana kompleksi tikilir

Nazirlər Kabineti deputatların dövlət universitetlərinin yataqxanaları ilə bağlı təkliflərinə cavab verib.
Belə ki, deputatlar Milli Məclisdə hökumət üzvlərindən xahiş ediblər ki, dövlət universitetlərinin yataqxana peoblemi həll olunsun: “Məsələ bir neçə dəfə vurğulanıb, gündəmdədir və ümid edirik ki, yaxın zamanda həllini tapacaq”.
Nazirlər Kabinetinin deputatlara cavabında bildirilib ki, Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacı nəzərə alınıb. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 844 yerlik müasir yataqxana kompleksinin tikintisinə başlanılıb. Yataqxana növbəti tədris ilində tələbələrin istifadəsinə veriləcək. (modern.az)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …