Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədə “Azərbaycan Universiteti” qalmaqalı…

Türkiyədə “Azərbaycan Universiteti” qalmaqalı…

Türkiyənin Bursa şəhərində özünü Azərbaycan Universitetinin məzunu kimi tanıdan, nitq qüsuru olan insanlar üçün kurs açan Əmrə Nuri adlı şəxs həbs olunub.

Əmrə Nuri
Əmrə Nuri

O, məhkəmədə hakimə bir diplom, bir də sertifikat göstərib. Əmrə Nuri Bakıdakı özəl Azərbaycan Universitetini bitirdiyini, əlində diplomu olduğunu deyərək, hakimə göstərib. Daha sonra başqa bir sertifikat göstərərək, həmin sertifikatın ona Pensilvaniya Universitetində verildiyini söyləyib. O, Pensilvaniyada pəltəklər üçün xüsusi oxuma-yazma proqramından təhsil aldığını bildirib.

Əmrə Nurinin müdafiəsini haqlı hesab edən şəhər məhkəməsi onu azadlığa buraxıb. Sputnik Azərbaycan “Sözcü”yə istinadən xəbər verir ki, vəkillərin etirazından sonra Nuri yenidən həbs edilib. Çünki ona aid olan diplom və sertifikatın saxta olduğu üzə çıxıb. Həmin şəxsin adi orta məktəb məzunu olduğu aşkarlanıb.

Həmçinin oxuyun

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir …