Ana səhifə / Araşdırma / MTN generalının əmlakı qaytarılacaqmı?

MTN generalının əmlakı qaytarılacaqmı?

MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçmiş “MTN-çi”lər şikayət ərizələrində onlar barəsində bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin icraatına verilib. İlkin baxış iclası fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …