Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda sərnişinləri ölümə aparan avtobus – VİDEO

Bakıda sərnişinləri ölümə aparan avtobus – VİDEO

Bakıda şəhərdaxili avtobuslardan biri qapısı açıq şəkildə hərəkət edir.

Ən dəhşətlisi isə odur ki, bir neçə şagird qapıdan sallanaraq gedir. Ani bir diqqətsizlik məktəblilərin yıxılaraq avtobusun altında qalması ilə nəticələnə bilər.

Görüntülər “Koroğlu” metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda qeydə alınıb.

99 JH 483 dövlət nömrə nişanlı avtobusun sürücüsü özünə haqq qazandıraraq deyib ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.

Marşrut xəttinin Namiq adlı rəsmisi isə bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalandırılacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …