Ana səhifə / Sosial / Lerikə yağan güclü qar fəsadlar törədib – Elektrik naqilləri sıradan çıxıb

Lerikə yağan güclü qar fəsadlar törədib – Elektrik naqilləri sıradan çıxıb

Lerik rayonuna yağan güclü qar problemlər yaradıb.

“Report”un Cənub bürosu xəbər verir ki, nəticədə rayonun Orand kəndinə yağan güclü qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bu səbəbdən kəndə verilən elektrik enerjisi kəsilib. Hava şəraiti imkan vermədiyindən, bərpa işləri sabah aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Lerikdə qar örtüyünün hündürlüyü 26 sm çatıb.

Ümumilikdə cənub bölgəsində qarlı və şaxtalı hava şəraiti davam edir.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …