Ana səhifə / Gündəm / Tanınmış döyüşçünün vəfatından bir il ötür – Yaşar Məhərrəmov yad ediləcək

Tanınmış döyüşçünün vəfatından bir il ötür – Yaşar Məhərrəmov yad ediləcək

Sabah,  22 yanvar 2018-ci il tarixində məşhur döyüşçü, Qarabağ qazisi, Şuşa Veteranlar Cəmiyyətinin sədri olmuş  Yaşar Məhərrəmovun torpağa tapşırılmasının  bir ili tamam olur. Mərhumun  doğmalarının Azinforum.az-a verdiyi məlumata görə,  22 yanvar tarixində  Yaşar Məhərrəmovun yaşadığı evdə “il mərasimi” olacaq.  Məclis saat 11-dən başlayacaq.

Ünvan: Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (Bandotdel) yaxınlığı,  Balıqçılıq Elmi Tədqiqat İnstitunun həyəti. İştirakla bağlı məhdudiyyət yoxdur.

Y. Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. Mərhum 3 uşaq atası idi.

Allah rəhmət eləsin!

Azinforum.az

https://www.youtube.com/watch?v=Av-ISzwqvEU

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …