Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıdakı klinikalarda yeni “dəb” yayılır (VİDEO)

Bakıdakı klinikalarda yeni “dəb” yayılır (VİDEO)

Uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir.
Son zamanlar bu hal dəbə düşüb və bir sıra özəl klinikalarda xidmət kimi təklif olunmaqdadır.
Ancaq insanların məsələyə münasibəti fərqlidir. Əksər adamlar bunun doğru olmadığını və yaxşı qarşılanmadığını deyirlər.
Fotoqraflar da bildirir ki, belə təkliflər alırlar və hər çəkiliş üçün qiymətlər fərqlidir.
Sosioloqlar isə bildirir ki, bu xarici ölkələrdə geniş yayılan adətlərdən təsirlənərək edilir. Bir çoxları bunu müasirlik hesab edir. Ancaq bu cür addımlar Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlmir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …