Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / PKK Azərbaycanın ixrac qaz kəmərini belə partlatdı

PKK Azərbaycanın ixrac qaz kəmərini belə partlatdı

PKK terror təşkilatı bu gün öz internet saytında Azərbaycanın əsas ixrac qaz kəməri olan Bakı-Tiflis-Ərzurum kəmərinin Türkiyədən keçən hissəsində ötən həftə törətdiyi partlayışın videokadrlarını yayıb.

Virtualaz.org saytı xatırladır ki, bu, PKK-nın kəmərdə son bir ayda törətdiyi ikinci partlayış idi. Terror təşkilatı ilə Türkiyə arasında atəşkəs razılaşmasının pozulmasının ardınca PKK avqustun əvvəlində Bakı-Tiflis-Ərzurum kəmərində ilk partlayış törədib.

Ötən həftə isə kəmər yenidən partladılıb. Həmin vaxt BP “Şahdəniz” yatağında işləri profilaktik tədbirlər üçün müvvəqəti dayandırdıqdan sonra qaz hasilatını yenicə bərpa etmişdi və bu səbəbdən partlayış kəmərin işinə ciddi təsir göstərməyib.

Ancaq PKK tərəfindən yayılan kadrlardan görünür ki, kürd terrorçuları partlayışın baş verəcəyi  nöqtəni əvvəlcədən videokameranın hədəfinə alırlar və partlayış anı kadrlarda əks olunur. Güclü partlayışdan bir neçə saniyə sonra kəmərdə qaz alışır və güclü alovlar havaya qalxır. Təxminən 10 dəqiqləlik videoda kəmərdə partlayışın nəticəsi olaraq təbii qazın necə yandığı əks olunur.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın