Ana səhifə / Aktual / Rəsulzadənin məzarı təmir edildi – Video

Rəsulzadənin məzarı təmir edildi – Video

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarı təmir edilib.

Teleqraf.com xəbər verir ki, məzar Bütöv Azərbaycan Ocaqları (BAO) tərəfindən Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümü münasibətilə təmir edilib.

BAO Başqanı Zahir Əlisoy, Güney Azərbaycan Demokrat Partiyasının Başqanı Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Hərəkatının təmsilçisi Məcid Araz, BAO üzvü Hakim Sadıqlı çıxış edərək Rəsulzadənin xidmətlərindən, siyasi fəaliyyətindən danışıblar.

Zahir Əlisoy Rəsulzadənin məzarının abadlaşdırlmasında zəhməti olanlara təşəkkür edib.

Mərasimdən sonra Rəsulzadənin xanımının da məzarı ziyarət edilib.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …