Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / “Sevdiyim məkan” növbəti dəfə fahişəxana çıxdı – Nabranda

“Sevdiyim məkan” növbəti dəfə fahişəxana çıxdı – Nabranda

Nabranda istirahət mərkəzinin fahişəxana kimi fəaliyyət göstərməsi müəyyən edilib.

Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Elçin Cəfərinin Nabran kəndində yerləşən “Sevdiyim məkan” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları 2013-cü ildə də sözügedən istirahət mərkəzində əməliyyat keçirmiş və elə iki əvvəl də orada mərkəzin işçisi Adil Eyyubovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdi.

Bu məqamda belə bir sual yaranır, əxlaqsızlıq yuvası kimi ittiham olunan istirahət mərkəzi niyə hələ də fəaliyyət göstərir?

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın