Cümə axşamı , May 2 2024
Ana səhifə / Köşə Yazarları / Hacı Nuran: ”Daha taqətim qalmayıb”

Hacı Nuran: ”Daha taqətim qalmayıb”

Almaniyada yenidən müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti pisləşib.
Axar.az-ın məlumatına görə, özü İnstaqram səhifəsində yazıb.
Aparıcı hətta dostları ilə vidalaşdığını da vurğulayıb: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım.

 

Bakıdan, Almaniyadan, Avstraliyadan, Belçikadan, Fransadan, Hollandiyadan, İsveçdən və uzaq Rusiyadan gələn, vaxt tapıb məni ziyarət edən dostlarıma çox minnətdaram”.
Qeyd edək ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

 

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın