Ana səhifə / Kriminal / “Akkord-Tekstil”də yanğın

“Akkord-Tekstil”də yanğın

Ağsatafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonda yerləşən “Akkord-Tekstil” fabrikində baş verib. Ümumi sahəs 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.

Hadisə yerinə FHN-in Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarətlər alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrini kəsib.

Yanığının baş vermə səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …