Azərbaycan Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edib.
Qəbələ Şəhər Stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 8-ci dəqiqədə “Qəbələ”nin oyunçusu Asif Məmmədov vurub.
Hazırda “Qarabağ” və “Qəbələ” komandalarının hər birinin 19 xallı var. Turnir cədvəlinə “Qarabağ” liderlik edir. “Qəbələ” isə ikinci pillədədir.