Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / FETÖ-nün Azərbaycandakı daha bir biznes imamı həbs olundu

FETÖ-nün Azərbaycandakı daha bir biznes imamı həbs olundu

Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycanda yayılmasında önəmli rol oynadığı üzə çıxan F.Y. saxlanılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən şəxs Türkiyəyə giriş edərkən tutulub. Sərhəddə saxlanılan F.Y. qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sözügedən şəxs Ankara Polis İdarəsinin terrorla mübarizə şöbəsinə təslim edilib.

Yenicag.az-ın özəl qaynaqlardan əldə etdiyi məlumata görə, yaxalanan şəxs Azərbaycanda fəaliyyət göstərən “Yıldız Elektrik” Şirkətinin sahibi Faruk Yıldızdır. Uzun illər Azərbaycanda FETÖ şəbəkəsinin aktiv üzvlərindən olan Faruk Yıldızla bərabər Azərbaycanda fəaliyyət göstərən bir çox fətullahçı iş adamı da Türkiyə tərəfindən axtarışa verilib.

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …