Bazar ertəsi , May 6 2024
Ana səhifə / Azərbaycan Ordusu daha bir əsgərini itirdi- Foto

Azərbaycan Ordusu daha bir əsgərini itirdi- Foto

Azərbaycanda daha bir əsgər ölümü faktı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, Gəncə Hərbi Prokurorluğundan azvision.az-a verilən məlumata görə, martın 7-də “N” saylı hərbi hissədə qulluq edən əsgər Bayramov Anar Günəş oğlu dünyasını dəyişib.

Bildirilib ki, ölüm hadisəsi ilə əlaqədar olaraq Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi işi açılıb:

“Hərbçi Anar Bayramov ali təhsilli olub. Hazırda araşdırma aparılır. Ola bilsin ki, faktla əlaqədar olaraq cinayət məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə də cinayət işi açılsın. Həmin şəxsin hərbi xidmət müddəti iyul ayında başa çatmalı idi”.

Qeyd edək ki, B. Anarın ailəsi tərəfindən mətbuatda məlumatlar yayılıb. Bildirilib ki, o, hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. A. Bayramov Azərbaycan Dillər Universitetinin məzunu olub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …

Bir cavab yazın