Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirdi- FOTO

Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirdi- FOTO

Rusiya paytaxtında yaşayan müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mindən çox çox müsəlman səfirliyin qarşısına toplaşıb.
Onlar Myanmada baş verən müsəlman qırğınına son qoyulmasını tələb edirlər. Aksiya iştirakçıları “Allahu əkbər!” deyə qışqırırlar. Müsəlmanlar etiraz əlaməti olaraq səfirliyin qarşısında namaz qılıblar. Onlar Myanma dövlətini terrorçuluqda və müsəlmanlara qarşı soyqırımı törətməkdə günahlandırırlar.
Myanma səfirliyinin qarşısına  çoxlu sayda polis qüvvələri yeridilib. Moskva müsəlmanlarının aksiyası icazəsiz olmasına baxmayaraq, polis mitinqə müdaxilə etmir. Mitinq iştirakçıları Myanma dövlətinin müsəlmanlara qarşı baş verən vəhşiliklər bitməyənə qədər səfirlik qarşısından heç yerə getməyəcəklərini açıqlayıblar.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın