Ana səhifə / İqtisadiyyat / Tramp translara orduda xidmət etməyi qadağan etdi — SƏBƏB

Tramp translara orduda xidmət etməyi qadağan etdi — SƏBƏB

BŞ prezidenti Donald Tramp Barak Obama tərəfindən ləğv edilmiş qərarı rəsmən bərpa etdi.

“Ölkə.Az” xəbər verir ki, Barak Obama transların orduda xidmət etməsinin qarşısını alan qanunu ləğv etmişdi. Ağ Ev prezidentin yeni fərmanı haqqında memorandum yayımlayıb.

Qətnamədə Tramp bəyan edir ki, müdafiə və daxili təhlükəsizlik nazirlərinə “transların orduda xidmətinə dair 2016-cı ilin iyununa qədər qüvvədə olan qanunu bərpa etmək” göstərişi verilib.

Tramp bildirib ki, Obamanın bu qanunu ləğv etməsi ordunun effektivliyinin azalmasına, xərclərin artmasına və digər mənfi səbəblərə yol açıb. Yeni qanun 2018-ci ilin 23 mart tarixindən qüvvəyə minəcək.

Daxili təhlükəsizlik və müdafiə nazirlikləri hazırda xidmətdə olan translarla necə davranacaqlarına özləri qərar verəcəklər.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın