Bazar ertəsi , May 6 2024
Ana səhifə / Ağsuda peyda olan böyük Qafqaz gürzəsi öldürülüb – FOTO

Ağsuda peyda olan böyük Qafqaz gürzəsi öldürülüb – FOTO

Ağsu rayonunda böyük ilan öldürülüb.
Trend-in məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verib.

Heyvandarlıqla məşğul olan kənd sakinləri sahədə qəribə səs eşidiblər. Səs istiqamətinə yollanan sakinlər sahədə böyük ilanla qarşılaşıblar. Ən zəhərli ilanlardan hesab edilən gürzə ilanını ağacla öldürmək mümkün olmayıb. Çarəsiz qalan sakinlər ilanı ov tüfəngi ilə öldürüblər.

Öldürülən ilan Qafqaz gürzəsidir. Gürzənin uzunluğu 2 metr 60 santimetr olub.

Sakinlər Trend-ə bildiriblər ki, bu növ ilanlar son günlər Bico kəndinin ərazisinə yayılıb. Son bir ayda kənd ərazisində 20-dən artıq gürzə öldürülüb.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …

Bir cavab yazın