Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Maştağada kütləvi dava – İki qardaş bıçaqlanıb

Maştağada kütləvi dava – İki qardaş bıçaqlanıb

Bakının Sabunçu rayonunda kütləvi dava baş verib.
“Report” xəbər verir ki, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə iki qardaş bıçaqlanıb.
Belə ki, 1991-ci il təvəlldüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov iki, M.Əhmədov bir bıçaq xəsarəti alıb. Qarşı tərəfidən isə iki nəfər yüngül bədən xəsarətləri alıb.
Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın