Ana səhifə / FİFA-dan Meksika millisinin baş məşqçisinə 6 oyunluq cəza

FİFA-dan Meksika millisinin baş məşqçisinə 6 oyunluq cəza

FİFA Meksika milli komandasının baş məşqçisi Xuan Karlos Osorionu cəzalandırıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssisin Konfederasiyalar Kubokunda Portuqaliyaya qarşı keçirilən oyunda (1:2) hakimləri təhqir etməsi ona baha başa gəlib.

Ali futbol qurumunun qərarına əsasən, Osorio 6 oyunluq cəzalanıb. Bundan başqa o, 5 min İsveçrə frankı həcmində cərimə ödəyəcək.

Xatırladaq ki, Portuqaliya – Meksika görüşünün (2:1) baş hakimi Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al-Mirdasi olub.
1237 dəfə baxılıb

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …

Bir cavab yazın