Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Əhalinin nağd dollar satışı artırıb

Əhalinin nağd dollar satışı artırıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 74 973,1 min ABŞ dollarının xalis alışı həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, martda əhaliyə satış üstünlük təşkil etdiyi halda, aprel ayında dollar alışı göstəricisi satış əməliyyatlarını üstələyib.

Cari ilin aprel ayında banklar tərəfindən əhalidən nağd dollar alışı 140 540,2 min dollar, satışı 65 567,1 min dollar olub. Mart ayında isə bu göstərici müvafiq olaraq 91 887,4 min dollar və 109 682,9 min dollar təşkil edib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın