Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Millət vəkilindən kredit götürənlərə məsləhət…

Millət vəkilindən kredit götürənlərə məsləhət…

Azərbaycandan dəfələrlə böyük dövlətlər var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verib. Dünyada baş verən hadisələr Azərbaycana da təsirini göstərir.

Bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər: “Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətlə oxumalıdır. Problem olduqda isə məhkəməyə müraciət etməlidir. Ümumilikdə isə vətəndaşlar kredit götürəndə, onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: – “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın